AZ

“Kar”, “kor”, “lal” ifadələrini dəyişməliyik – Komitə sədri

“Kar, kor, lal ifadələri həssas təbəqədən olan insanlarda mənfi hisslər yaradır. Biz qanunlarımızda, həm də normativ hüquqi aktlarda bu ifadələri dəyişməliyik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Ailə, qadın, uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova parlamentin bu gün keçirilən iclasında “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”  Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə müzakirələr zamanı deyib.

O bildirib ki, görmə, eşitmə məhdudiyyətli şəxslərin təhsil aldığı məktəblərdə də bu ifadələr işlədilməməlidir.

Günay Şahmar, Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr