AZ

Naxçıvanda oktyabr ayının pensiya ödənişi yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Seçilən
7
2
kommersant.az

2Mənbələr