AZ

ABŞ Konqresi ölkəmizə qarşı həmişə ikili standartlardan çıxış edib



Son günlərdə ABŞ -dan, xüsusilə də ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri tərəfindən Azərbaycan hakimiyyətinə qarşı ard-arda bəyanatlar verirlər və bu bəyanatların içində ciddi iradlar və bir çox ittihamlar var. Əslində biz ABŞ Konqresinin bu kimi addımlarının şahidi olmağımız ilk dəfə deyil. Bu iradlar içində ölkəmizə qarşı hər zaman ikili standartlardan dolayı bir kin və bir ədalətsizlik hiss olunub.

Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ölkəmizdə çox böyük beynəlxalq COP29 tədbiri ərəfəsində ABŞ konqresmenləri bunu fürsət bilərək təsir mexanizmlərini artırmaq qərarına gəliblər:

"Sözsüz ki, iradlar içində hakimiyyətin də bu iradlara qarşı atması lazım olan addımlar yox deyil. Amma, burda bununla yanaşı Azərbaycan -Rusiya və Azərbaycan -Turkiyə münasibətlərini də səbəb olaraq göstərmək olar. Düşünürəm ki, Azərbaycan hakimiyyəti ölkə daxilində, istər siyasi sferada,istərsə də sosial rifah strategiyası istiqamətində ciddi addımlar atacaqdır və bu ölkəmizə qarşı olan münasibətin dəyişməsinə səbəb olacaq".

Anar Əliyev
Seçilən
6
newscenter.az

1Mənbələr