Çin administrasiyası bu il iqtisadi hədəflərinə çatacağına əmin olduğunu bildirsə də, bununla bağlı heç bir addım atmır.

İndex.az xəbər verir ki, artımı daha da dəstəkləyəcəyinə söz versə də, əlavə stimullaşdırıcı addımlar atmayaraq investorları məyus edib.

Sentyabrın sonundan bəri səlahiyyətli şəxslər tərəfindən elan edilən bir sıra iqtisadi stimullaşdırıcı tədbirlər Çin səhmlərindəki yüksəlişi davam etdirərək son iki ilin ən yüksək həddinə çatdırıb.

İnvestorlar və iqtisadçılar bazar optimizmini gücləndirmək üçün maliyyə tərəfində daha çox siyasət dəstəyi gözləyirlər.

Lakin Çin administrasiyası verdiyi vədlərə uyğun addımlar atmır.

Bu isə investorların inamının azalmasına səbəb olub.