AZ

Marat Kabayev: Azərbaycanda halal biznes sürətlə inkişaf edir

Bakı, 8 oktyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, bunu İslam Biznesi Beynəlxalq Assambleyasının prezidenti Marat Kabayev Azərbaycan Halal Biznes və Turizm Forumunun "Qlobal halal sənayenin formalaşmasında Kiçik və Orta Sahibkarlığın (KOS) rolu" adlı sessiyasında çıxış edərkən deyib.

M. Kabayev xatırladıb ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. "Müsəlmanların dəyərlərində də halal amili, sağlam həyat tərzi üstünlük təşkil edir. Qərbdə olan qeyri-sabit mühit Şərqdə əlverişli biznesin genişlənməsi üçün fürsət yaradıb. Azərbaycan beynəlxalq halal sertifikat almalıdır ki, ixracı genişləndirsin", - deyə M.Kabayev diqqətə çatdırıb.

 

Seçilən
9
azertag.az

1Mənbələr