AZ

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi ilə bağlı tədqiqatların nəticəsi beynəlxalq konfransda müzakirə olunub

Kompüter

Bakı, 8 oktyabr, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev və baş elmi işçisi dosent Ramiz Şıxəliyevin həmmüəllifi olduqları “Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin CNN-LSTM modeli əsasında monitorinqi” adlı məruzə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” üzrə 18-ci IEEE beynəlxalq konfransında (The 18th IEEE International Conference Application of Information and Communication Technologies) təqdim olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Konfransda məruzəni R. Şıxəliyev təqdim edərək kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin intellektual monitorinqinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, kompüter şəbəkələrinin artan miqyası, mürəkkəbliyi və məlumat axını ənənəvi monitorinq metodları üçün ciddi problemlər yaradır və bu da kibertəhlükəsizlik insidentlərinin vaxtında aşkarlanmasını çətinləşdirir. Məqalədə bu kimi problemlərin həlli üçün CNN-LSTM (Convolutional Neural Networks-Long Short-Term Memory) hibrid modelinin istifadəsi təklif olunub.

R.Şıxəliyev aparılan eksperimentlər nəticəsində bu hibrid modelin minimal hiperparametr tənzimləməsi ilə kibertəhlükəsizlik insidentlərini yüksək dəqiqliklə aşkarladığını və təsnif etdiyini vurğulayıb. Bildirib ki, əldə olunan nəticələr dərin təlim modellərinin kompüter şəbəkələrində kibertəhlükəsizlik insidentlərinin aşkarlanmasında və təsnif edilməsində böyük potensiala malik olduğunu göstərir.

 

Seçilən
45
azertag.az

1Mənbələr