AZ

İcbari tibbi sığorta infeksion xəstəliklərin diaqnostikasını qarşılayır

Bakı. Trend:

İcbari tibbi sığorta infeksion xəstəliklərin erkəndiaqnostikasını təmin edir. Bu xəstəliklər adətən patogenmikroorqanizmlərin, o cümlədən virus, bakteriya və göbələklərinorqanizmə daxil olması ilə inkişaf edir. Onlar bədəndə sürətləyayılaraq müxtəlif orqan və toxumalara zərər verə bilər. İnfeksionxəstəliklər tənəffüs yollarından tutmuş həzm və qan dövranısisteminə qədər geniş sahələrə təsir göstərə bilər. Buxəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəsionların ağırlaşmasının və yayılmasının qarşısını almaqda mühüm roloynayır, həmçinin epidemiya və pandemiya riskini azaldır.

İnfeksion xəstəliklərin diaqnostikasını dəqiq və etibarlışəkildə aparmaq üçün isə bir neçə əsas metoddan istifadə olunur.İcbari tibbi sığortanın Xidmətlər Zərfinə bir sırainfeksion xəstəliklərin diaqnostikası üçün funksional diaqnostikavə laborator müayiənələr daxildir. Bu müayinələr vasitəsiləinfeksion xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, patogenmikroorqanizmləri müəyyən etmək, xəstəliyin yayılma mərhələsinidəyərləndirmək və bədənin immun cavabını öyrənmək mümkündür.

İcbari tibbi sığorta çərçivəsində bakterial, virus, göbələk vəparazitar infeksiyaların aşkarlanması məqsədilə müxtəliflaborator müayinələr həyata keçirilir. Bumüayinələr xəstəliyə səbəb olan mikroorqanizmlərin növünü dəqiqşəkildə müəyyən edir. Məsələn, qanın, sidiyin, nəcisin və digərbədən mayelərinin analizləri xəstəliyin mənbəyini aydınlaşdırmaq vəinfeksiyanın necə yayıldığını müəyyən etmək üçün geniş istifadəolunur.

İnfeksion xəstəliklərin diaqnostikasında kompütertomoqrafiyası (KT)rentgen müayinələrimühüm yer tutur. Xüsusilə, tənəffüs yolları infeksiyalarında, bumetodlar ağciyərlərdə yaranan patologiyaların, o cümlədənpnevmoniya kimi ağırlaşmaların vaxtında aşkarlanmasına kömək edir.KT müayinəsi orqanların strukturunu detallışəkildə göstərir, iltihabi proseslərin və digər xəstəlikəlamətlərinin dəqiq lokalizasiyasını təmin edir. Rentgenmüayinəsi isə tənəffüs yollarının zədələnməsi dərəcəsiniqiymətləndirmək və orqanizmdə inkişaf edən infeksiyaların təsiriniaşkar etmək üçün geniş istifadə olunur. Bu diaqnostik vasitələrsayəsində dəqiq diaqnozun qoyulması müalicə prosesinisürətləndirməyə imkan yaradır.

İnfeksion xəstəliklərin aşkarlanmasında qanda antigen vəantikor testləri vacib rol oynayır və geniş tətbiq olunur.İcbari tibbi sığorta hesabına qarşılanan bu testlər, xüsusiləHepatit B, Hepatit C, İİV (İnsanın İmmunçatışmazlığı Virusu) vədigər qan yolu ilə keçən infeksiyaların diaqnostikasında mühüm roloynayır. Antigen testləri infeksiyaya səbəb olan mikroorqanizmlərinspesifik zülallarını aşkarlayaraq xəstəliyin mövcudluğunutəsdiqləyir. Antikor testləri isə orqanizmin həmin infeksiyayaqarşı yaratdığı immun cavabı müəyyən edir. Bu da xəstəliyinkeçmişdə baş verdiyini və ya hazırda aktiv fazada olub-olmadığınıgöstərir.

İcbari tibbi sığorta ilə qarşılanan bu tibbi xidmətlər tibbigöstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibbmüəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarındavə göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininmüqavilə bağladığı özəl tibb müəssisələrində icra olunur.

Seçilən
7
16
az.trend.az

10Mənbələr