AZ

Dünya çempionatında 10 güləşçimiz iştirak edəcək

Birləşmiş Güləş Dünyası (UWW) oktyabrın 28-31-də Tiranada keçiriləcək qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatının iştirakçılarının sayını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, yarışda 12 çəkidə medallar uğrunda 300-ə yaxın idmançı mübarizə aparacaq.

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə dörd kateqoriya üzrə qaliblər və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Tiranada 10 idmançı ilə təmsil olunacaq: sərbəst güləşçilər Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Orxan Abasov (79 kq) və Aslan Abakarov (92 kq), "klassik"lər Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvi Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq), həmçinin Alena Kolesnik (59 kq) və Elis Manolova (65 kq).

Seçilən
6
4
90deqiqe.az

7Mənbələr