AZ

“İt hürər, karvan keçər” atalar sözünü ilk dəfə onda eşitdim”

Hətta valideynlərimiz bizi axşam saat 5-dən sonra küçəyə buraxmırdılar.

Yenisabah.az sfera.az-a istinadla xəbər verir ki, bunu "YouTube"da yayımlanan "Hərşeyşünas"da Əməkdar artist Tahir İmanov deyib.

O, "KVN"-in bu günə qədər keçdiyi çətin yolundan söz açıb:  azal vakansiya

“O vaxt dövlətin dəstəyi demək olar ki, sıfır dərəcəsində idi. Oyunda ən böyük yardımı isə Azərbaycan əsilli iş adamı Araz Ağalarov verib. Anar Məmmədxanov bu haqda çox danışıb. 1992-1993-cü illər çox çətin vaxtlar idi. Hətta valideynlərimiz bizi axşam saat 5-dən sonra küçəyə buraxmırdılar.

Mən yarışa gedəndə sinif rəhbərim dedi ki, birdən Moskvada nəsə bir çətinlik olsa, bu nömrəyə zəng edərsən. Mənə kağız parçası verdi. Dedim ki, Cəmilə xanım, mənim nə kimi problemim olacaq? Biz komanda ilə gedirik.

İş o yerə gəlib çıxdı ki, Anar bir gün komandanı yığıb dedi ki, bizim artıq hoteldə qalmağa imkanımız yoxdur. Kimin tanışı var? Sinif rəhbərimin verdiyi nömrə ilə Anar Araz Ağalarova telefon köşkündən zəng etdi. Onun dəstəyi ilə həmin hoteldə də qaldıq.

“Молодёжь Азербайджана” (“Azərbaycan gəncliyi”) qəzeti ünvanımıza ağzına gələni yazdı. Sizcə, biz o vaxt necə ola bilərik? Anar dedi ki, fikir verməyin, “İt hürər, karvan keçər” atalar sözünü ilk dəfə onda eşitdim”.


Telegram kanalımız
Seçilən
30
yenisabah.az

1Mənbələr