AZ

"Yuventus"un futbolçusu əməliyyat olunub

İtaliyanın "Yuventus" komandasının müdafiəçisi Qleyson Bremer əməliyyat olunub.

"İki sahil" klubun mərbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Leyptsiq”lə (Almaniya) matçda sol dizindəki ön çarpaz bağları yırtılıb.

Onun əməliyyatı Fransada baş tutub.

27 yaşlı oyunçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.

Seçilən
6
4
ikisahil.az

5Mənbələr