AZ

Peşə-əmək Reabilitasiyası Mərkəzində manikür peşəsi üzrə kurslara start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində daha bir peşənin tədrisinə başlanıb.

 

Manikür peşəsi üzrə keçirilən kursların müddəti 3 ay təşkil edəcək. Bu müddət ərzində tələbələr müasir metodlarla dırnaqların düzəldilməsi və bəzədilməsini öyrənəcəklər.

 

Qeyd edək ki, hazırda mərkəzdə kompüter istifadəçisi, montajçı-operator, dərzilik, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq üzrə 3-6 aylıq kurslar tədris olunur.Yaxın günlərdə əmək bazarının tələblərinə uyğun olaraq avadanlıqların təmiri və fotoqrafiya sahələri üzrə də kursların təşkil edilməsi nəzərdə tutulur.

 

Mərkəzdə fiziki, yüngül və orta dərəcəli əqli geriliyi olan 15-29 yaş arası əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Seçilən
11
qht.az

1Mənbələr