AZ

Rusiyanın məşhur HHM sistemləri neft anbarlarını qoruya bilmir – Krımda yanğınlar iki gündür davam edir

Rusiya tərəfindən işğal olunmuş Krımda neft anbarında dron zərbələrindən sonra başlayan yanğın ikinci gündür davam edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, anbarlar bazar ertəsi gecə raket qüvvələri tərəfindən hücuma məruz qalıb. Rusiya hakimiyyəti yanğının səbəblərini açıqlamayıb, baş verənləri “hadisə” və “yanğın” adlandırıb.

Neft bazasına bitişik ərazilərdən mindən çox insan müvəqqəti məskunlaşma mərkəzlərinə təxliyə edilib. Bu barədə şəhərin Rusiya tərəfindən təyin edilmiş rəhbəri İqor Tkaçenko məlumat verib. Onun sözlərinə görə, Feodosiyanın 1047 sakini yerli mehmanxana və pansionatlarda yerləşdirilib.

Peyk görüntülərindən görünür ki, oktyabrın 7-nə keçən gecə vurulan Feodosiya limanındakı neft anbarının ərazisində 2022-ci ilin payızından “Pantsir-S1” hava hücumundan müdafiə sistemi mövcuddur.

Bu HHM-lər daha əvvəl Tuapsedəki neft anbarının ərazisində və Rusiyanın digər mühüm infrastruktur obyektlərinin yaxınlığında quraşdırılıb. Moskva vilayətində isə onlar Rusiya Prezidenti Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahının yaxınlığında yerləşdiriliblər.

Görünür, “Pantsir -S1” hücumu dəfə edə bilməyib, HHM sistemlərinin özünün məhv olub-olmadığı məlum deyil.

Feodosiyada yanan neft anbarı Dəniz Neft Terminalı ASC-nin neft məhsullarının daşıma həcminə görə Krımda ən böyükdür. 2024-cü ilin martında anbar Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb, sonra isə əsas yanacaq nəql edən boru kəməri zədələnib.

“AzPolitika.info”

Seçilən
16
1
azpolitika.info

2Mənbələr