AZ

“Məktəblər üçün PISA” tədqiqatı təşkil olunacaq

Bakı. Trend:

Azərbaycan cari ildən “Məktəblər üçün PISA”tədqiqatına qoşulur. Tədqiqat 15 oktyabr - 7 noyabr 2024-cü iltarixlərində kompüterəsaslı keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Elm və TəhsilNazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən tədqiqat 15 yaşlı şagirdlərinoxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik vəbacarıqlarının qiymətləndirilməsi, həmçinin onları real həyatdatətbiq etmək qabiliyyətlərinin müəyyənləşdirilməsi məqsədilə təşkilolunur.

PISA-dan fərqli olaraq, bu tədqiqatda ümumi təhsilmüəssisələri fərdi qaydada qiymətləndirilir. Belə ki, əgər PISAölkə üzrə təhsil səviyyəsini digər ölkələrlə müqayisə etməyə,təhsil siyasəti ilə bağlı qərarlar verməyə imkan verirsə,“Məktəblər üçün PISA” tədqiqatı ölkənin ayrı-ayrı ümumi təhsilmüəssisələrində təhsilin keyfiyyətini digər ölkələrin təhsilmüəssisələri ilə müqayisə etməyə, həmçinin müəssisənin özününtəhsilalanların nəticələri barədə məlumat əldə etməsinə, bununlabağlı tədbirlər görməsinə imkan yaradır.

Qeyd edilib ki, ölkəmizdə sözügedən tədqiqat Təhsilİnstitutu tərəfindən təşkil olunacaq.

Seçilən
7
10
az.trend.az

10Mənbələr