AZ

“Son aylar İrəvanla Moskva arasında kifayət qədər fəal siyasi dialoq olub”- PAŞİNYAN

“Son aylar İrəvanla Moskva arasında fəal siyasi dialoq baş tutub”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, xüsusilə, Rusiya baş nazirinin müavini Aleksey Overçuk ilə əhatəli söhbət olub.

“Mən çox məmnunam ki, son aylar ərzində bizim kifayət qədər fəal siyasi dialoqumuz olub. Baş nazirin müavini Overçuk İrəvana gəldi, nəinki hökumətlərarası komissiyanın iclası keçirildi, biz bütün məsələlər barədə kifayət qədər əsaslı danışdıq. Bundan başqa, oktyabrın əvvəlində Aİİ hökumətlərarası şurasının iclası keçirilib, orada Rusiya və Ermənistanın əməkdaşlıq məsələləri və gündəliyi Rusiya Baş naziri Mixail Mişustinlə müzakirə olunub”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, bu gün Putinlə görüşdə bu müzakirələri yekunlaşdırmaqdan məmnundur.

Azpost.info

 

Seçilən
29
azpost.info

1Mənbələr