AZ

Məşhur aktrisa qadın cinayətləri mövzusunda verdiyi açıqlamaya görə tənqid edildi

Məşhur aktrisa qadın cinayətləri mövzusunda verdiyi açıqlamaya görə tənqid edildiBu yaxınlarda Semih Çelik tərəfindən vəhşicəsinə qətlə yetirilən İkbal Uzuner və Ayşenur Halil bütün Türkiyəni ayağa qaldırıb. Bir çox qadın artan qadın qətllərinə qarşı etiraz aksiyaları təşkil edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir çox məşhurlar dəhşətli hadisəyə münasibətlərini kəskin dillə ifadə ediblər.

Sosial media hesabında heç nə yazmayan, xüsusən də qadın qətlinin bir an olsun gündəmdən düşməməli olduğu bu günlərdə məşhur aktrisa Şevval Samın jurnalistlərə verdiyi açıqlama müzakirələrə səbəb olub.

Jurnalistlərin qadın cinayətləri ilə bağlı suallarından yayınan Şevval Sam: "Gəlin pis şeylər danışmayaq, lütfən, bu gün deyil. Bu, qanayan yaradır, amma bu gecə danışmayaq" deyib.

Aktrisa bu açıqlaması səbəbi ilə sosial mediada tənqid edilib.

Seçilən
18
sonxeber.az

1Mənbələr