AZ

Şri-Lanka Kazan sammitində BRİKS üzvlüyünü tələb edəcək

Cənubi Asiya dövlətinin hökumət sözçüsü Vicitha Herath bildirib ki, Şri-Lanka Rusiyanın Kazan şəhərində keçiriləcək qrupun zirvə toplantısında BRİKS-ə üzvlük üçün rəsmi müraciət təqdim etməyi planlaşdırır.

"Newsfirst" xəbər saytı onun sözlərindən sitat gətirib: "Biz Şri-Lankanın BRİKS-ə üzvlüyünü tələb etməyə ümid edirik və Hindistanın xarici işlər naziri ilə son görüşdə üzvlük üçün Hindistandan dəstək istədik".

Nazirlər Kabinetinin sözçüsü həmçinin bildirib ki, Şri-Lanka prezidenti Anura Kumara Dissanayake sammitdə iştirak edə bilməyəcək, ona görə də ölkəni xarici işlər naziri təmsil edəcək.

Mövsüm

Seçilən
38
aznews.az

1Mənbələr