AZ

Rusiyalı turistlərin cəsədi tapıldı

Dünyanın yeddinci ən hündür dağı olan Dhaulagiriyə qalxan alpinistlər yoxa çıxıb. 

Bundan sonra axtarış qrupları işə başlayıb və bu gün nəticə elan olunub.

 "Cebheinfo.az" xəbər verir ki, bazar günü itkin düşdüyü bildirilən 5 rusiyalı alpinistin cəsədi Nepalda tapılıb.

8 min 167 metr hündürlüyündə  Dhaulagiriyə dırmaşarkən 5 alpinist sürüşərək həlak olub. Alpinistlərin cəsədləri xilasedici helikopter tərəfindən aşkar edilib.

Dırmanma turları təşkil edən Katmandu şirkəti tərəfindən verilən açıqlamada alpinistlərdən ikisinin zirvəyə çatdığı, digər alpinistlərin zirvəyə çatmamış geri qayıtdığı, lakin alpinistlərlə komanda arasında radio əlaqəsinin kəsildiyi qeyd edilib. Cəsədlərin dağdan nə vaxt və necə çıxarılacağı bəlli olmasa da, əməliyyat üçün plan hazırlanır.

Seçilən
29
cebheinfo.az

1Mənbələr