AZ

Milyarder həyat yoldaşına unikal avtomobil hədiyyə edib

Milyarder

Milyarder Mark Zukerberq həyat yoldaşı üçün unikal miniven hazırlayıb. Amerikalı iş adamı xanımı Priskilla Çana unikal bir dizaynla işlənmiş "Porsche Cayenne Turbo GT" avtomobili hədiyyə edib.

Reyting.az
-ın məlumatına görə, "Meta" şirkətinin rəhbəri avtomobillə bağlı öz "Facebook" səhifəsində də yazıb. Qeyd edib ki, bu maşın elektrikli sürüşmə qapılarla təchiz edilib və ailə səfərləri üçün nəzərdə tutulub.

Zukerberq bildirib ki, bu ideya onun arvadı Priskillanın "Porsche" modelindən olmayan yeni bir maşına, minivenə sahib olmaq istəyindən yaranıb. Buna görə də Zukerberqdə eyni zamanda digər bir yeni istək meydana gəlib və o, mexaniki transmissiya ilə "911 GT3 Touring" sifariş etməli olub. "Cayenne Turbo GT" modelinin dəqiq qiyməti açıqlanmasa da, standart qiymətinin 200.000 dollardan baha olduğu deyilir.

Oqtay QORÇU
Seçilən
33
reyting.az

1Mənbələr