AZ

Pakistan İnstitutu: Azərbaycan halal turizm sektorunda əhəmiyyətli investisiya imkanlarına malikdir

Azərbaycan halal turizmə investisiya üçün geniş imkanlara malikdir və bu sektorun daha da inkişafı üçün yeni istiqamətlər müəyyən etmək və uğurlu nümunələri təhlil etmək vacibdir.

“Report” xəbər verir ki, bunu Pakistanın Beynəlxalq İslam Halal, Mədəniyyət, Sosial və Ruhani Elmlər İnstitutunun Baş direktoru Mufti Naim Şahid Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Azərbaycanda halal turizmin inkişafı onun zəngin mədəni və tarixi irsinə, eləcə də dövlət dəstəyinə əsaslanır. Hökumətin himayəsi altında belə forumların keçirilməsi Azərbaycanın bu istiqamətə ciddi yanaşmasını vurğulayır. Lakin uğurun əsas amili müvafiq infrastrukturun inkişafıdır ki, onsuz halal turizmin potensialını tam reallaşdırmaq mümkün deyil", - deyə Müfti Naim Şahid qeyd edib.

O, halal sertifikatlaşdırmaya uyğun müəssisələrin, o cümlədən otellərin, restoranların və ibadət yerlərinin yaradılmasının vacibliyini vurğulayıb: "Azərbaycanın turizm və mehmanxana sektoru halal standartlara uyğunlaşmalı və bu sahədə innovasiyaları fəal şəkildə tətbiq etməlidir.

Vəzifələrdən biri davamlı turizm prinsiplərini halal standartların tələbləri ilə uzlaşdırmaqdır".

Müfti Naim Şahid həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq halal turizmin inkişafı üçün cəlbedici istiqamətdir və xarici turistləri cəlb etmək üçün böyük potensiala malikdir.

Seçilən
18
far.az

1Mənbələr