AZ

Tokayev "MDB+" formatının yaradılmasını təklif edib

Moskva. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "MDB+" formatınınyaradılmasını təklif edib.

Trend xəbərverir ki, bu barədə o Moskvada MDB-nin Dövlət Başçıları ŞurasınınMoskvada məhdud tərkibdə keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyi (MDB) qlobaləməkdaşlıq və inkişaf proseslərinə mühüm töhfə verən səmərəliregional təşkilat kimi beynəlxalq səviyyədə geniş tanınıb.

"Birlik inkişaf etmiş əlaqələr sisteminə malikdir və BMT-ninmüxtəlif strukturları, eləcə də bir çox digər beynəlxalq vəregional təşkilatlarla faydalı əlaqələr qurub. MDB-nin dünyamiqyasında nüfuzu artır.

Keçən il MDB-nin Müşahidəçi və Tərəfdaş statusları təsis edildi<...>. Bu institusional işin davamı olaraq "MDB+" formatınınyaradılması məsələsinə baxmağı təklif edirəm. Bu platforma Birliyinregional əlaqələrinin genişləndirilməsi üçün əsas olacaqdır", -deyə Tokayev əlavə edib.
Məqalədə:
Seçilən
26
3
az.trend.az

4Mənbələr