AZ

14 yaşlı iki uşaq terrorçu və ekstremistlər siyahısına daxil edilib

Rusiyada 14 yaşlı iki uşaq terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətində yer alıb.

Terrorçu və ekstremist kimi tanınan şəxslərin siyahısına  odessalı Timur Korçemkin və Kirovdan Timur Abdulin  daxil edilib . Hər iki oğlan 2010-cu ildə anadan olub, hazırda hər iki uşağın 14 yaşı var.

Oğlanların niyə siyahıya salınması ilə bağlı heç bir məlumat yoxdur. Onlar hazırda terror siyahısına əlavə edilən ən gənc insanlardır.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
31
demokrat.az

1Mənbələr