AZ

Fransa Ukraynaya bu qırıcıları verəcək

Fransa 2025-ci ilin yanvar-mart aylarında Ukraynaya yeni \"yer-hava\" tipli silahları ilə təchiz edilmiş \"Mirage 2000\" qırıcılarını tədarük edəcək.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün \"X\" hesabında məlumat verib.

Onun sözlərinə görə, qırıcıların Kiyevə çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır. \"Hava-yer\" tipli silahlardan əlavə, qırıcılar elektron müharibədən mühafizə sistemi ilə də təchiz olunacaqlar.

\"Ukraynalı pilotların və mexaniklərin hazırlığı davam edir\", - deyə Fransanın müdafiə naziri əlavə edib.
Seçilən
21
4
azxeber.com

5Mənbələr