AZ

Gimnastlarımız Zaqreb turnirində

Xorvatiyanın paytaxtı Zaqrebdə bədii gimnastika üzrə “Aura Cup” turniri keçiriləcək.
 
İdman.biz xəbər verir ki, yarış oktyabrın 10-da start götürəcək.
 
Turnirə məşqçi Aysel Həsənovanın rəhbərliyi altında yollanan Azərbaycan millisinin iki gimnastı da mükafatlar üçün mübarizə aparacaq. Sofiya Məmmədova gənclərin yarışına qatılacaq. ⁠
 
Nur Sadıqova isə yeniyetmələrin mübarizəsində iştirak edəcək. Azərbaycan hakimi Vəfa Bəkərova turnirin ədalət təmsilçiləri arasında yer alacaq.
 
Qeyd edək ki, turnirə oktyabrın 13-də yekun vurulacaq.
Seçilən
16
2
moderator.az

3Mənbələr