AZ

BDU Dünya Akademik Sammitində təmsil olunur

Bakı Dövlət Universiteti (BDU) İngiltərənin Mançester şəhərində keçirilən nüfuzlu Dünya Akademik Sammitində (World Academic Summit) iştirak edir. Sammit "Times Higher Education" (THE) reytinq təşkilatının təşkilatçılığı ilə Mançester Universitetində keçirilir.

QHT.az  xəbər verir ki, BDU-nun rektoru rəhbərliyində olan nümayəndə heyəti universitetin beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə tədbirə qatılıb. Sammit çərçivəsində BDU öz stendi ilə təmsil olunaraq dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edir.

Tədbirdə dünyanın 400-dən çox ali təhsil müəssisəsi iştirak edir. BDU-nun bu sammitdə iştirakı beynəlxalq reytinqlərdə mövqeyini yüksəltmək, yeni birgə layihələrin həyata keçirilməsi və elmi tədqiqatlar sahəsində əməkdaşlığı genişləndirmək məqsədini daşıyır. Eyni zamanda, dünyanın aparıcı universitetlərinin təcrübəsi ilə tanış olmaq və beynəlmiləlləşmə istiqamətində təcrübə mübadiləsi aparmaq üçün mühüm imkanlar yaradır.

Bu cür beynəlxalq tədbirlərdə iştirak BDU-nun dünya akademik məkanında nüfuzunun artmasına və mövqeyinin güclənməsinə dəstək verir.

Seçilən
29
qht.az

1Mənbələr