AZ

Natiq Cəfərli PA-da: Nələr danışıldı?

Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin sədri Natiq Cəfərli Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə Natiq Cəfərli özünün "Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, görüş Ədalət Vəliyevin dəvəti ilə baş tutub.

"Görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, "Siyasi partiyalar haqqında” Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi oldu. Görüş zamanı Ədalət Vəliyev REAL Partiyasının Siyasi Komitəsinə sədr seçilməyim münasibəti ilə məni təbrik etdi və işimizə uğurlar arzuladı”, - deyə Natiq Cəfərli qeyd edib.

Seçilən
13
8
aznews.az

10Mənbələr