AZ

Sentyabrın ən yaxşı futbolçusu məlum oldu

Fransalı hücumçu Kilian Mbappe "Real Madrid"də sentyabr ayının ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı hücumçu səsvermədə cinah oyunçuları Vinisius Junior və Rodriqo Qoes, eləcə də müdafiəçilər Daniel Karvaxal və Eder Militaonu qabaqlayıb.

Keçən ay Mbappe Kral Klubunun bütün yarışlarda keçirdiyi beş matçda iştirak edib, altı qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

Seçilən
13
90deqiqe.az

1Mənbələr