Əməkdar məşqçi və SSRİ idman ustası Qurbanxan Məhərrəmov ötən gün qəfil vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Q.Məhərrəmov Biləsuvar rayonunda ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, 1964-cü il təvəllüdlü Q.Məhərrəmov dəfələrlə boks üzrə ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda birincilik əldə edib. Tələbələri boks üzrə Dünya və Avropa çempionu olub.
Həmçinin o, uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.
Kərim Abbaszadə