AZ

Şimali Koreya Cənubi Koreya ilə yolları bağlayacaq

Şimali Koreya Baş Qərargahı bildirib ki, Koreya yarımadasındakı vəziyyətin pisləşməsi ölkənin təhlükəsizliyi üçün “daha qətiyyətli tədbirlərin görülməsini” tələb edir...

Poliqon xəbər verir ki, bununla bağlı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Məlumatda bildirilir ki, KXDR Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq.

Şimali Koreya Baş Qərargahının fikrincə, KXDR-in suverenliyinə qəsd etmək üçün gücdən istifadə etmək cəhdlərini açıq şəkildə nümayiş etdirən düşmən qüvvələrin qarşıdurma maniyası Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətini daha gözlənilməz edir. Nümunə kimi departament Cənubi Koreya və ABŞ arasında keçirilən hərbi təlimləri göstərib.

“Oktyabrın 9-da Cənubi Koreya ilə avtomobil və dəmir yollarının tamamilə bağlanması və güclü müdafiə strukturları ilə möhkəmləndirilməsi məqsədilə tikinti işlərinə başlanılacaq. İstənilən şəraitdə Cənubi Koreya ilə cənub sərhədinin daimi blokadası müharibənin qarşısını almaq və respublikanın təhlükəsizliyini qorumaq məqsədi daşıyan özünümüdafiə tədbiridir”, deyə KXDR Baş Qərargahının bəyanatında deyilir.

Poliqon.info

Seçilən
34
1
poliqon.info

2Mənbələr