AZ

“Oğlan uşaqlarına oyuncaq seçərkən ehtiyatlı olun” – Psixoloqdan XƏBƏRDARLIQ

Oyuncaqlar uşaqların həyatın bir parçasıdır. Yəqin ki, oyuncağı sevməyən uşaq yoxdur. Bəziləri böyüdükdə belə uşaqlıqdakı oyuncaqlarını əziz xatirə kimi qoruyub saxlayır. Bu da onu göstərir ki, oyuncaqlar uşaqların həyatında böyük iz buraxır. 

Hətta oyuncaqlar uşaqların gələcək inkişafını və həyat yoluna belə təsir edə bilir.

Mövzu ilə bağlı ilə Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirir ki, bəzi oyuncaqlar uşaqların inkişafına yardım etmir, əksinə gələcək həyatında mənfi iz qoyur:

“Bəzənsə yaddaşın inkişafına mane olur və qavramanı bəsitləşdirir. Uşaqlar 1-2 yaşda olarkən səs və işıqlı oyuncaqlar almaq lazımdır. Sonra onlara üzərində heyvanlar, qidalar, rəqəmlər olan lövhələr almaq yaxşı olar. Bu tip oyuncaqlar inkişafetdirici, öyrədici funksiyaya malikdir. Oğlan uşaqlarının kuklalarla oynaması qəti şəkildə məsləhət deyil. Çünki kuklalarla oynadıqda sonra onda fizioloji olaraq heç nə dəyişməsə də, gələcəkdə qadınlığa marağı arta bilər. Sonradan isə onun qadın kimi geyinmə, qadın kimi bəzənmək hissləri daha çox olur”.
 

MÖVZU İLƏ BAĞLI:

Valideynlərə XƏBƏRDARLIQ – “Bu oyuncaqlar körpələr üçün təhlükəlidir”


“Çalışmaq lazımdır ki, oğlan uşağının çevrəsində öz həmcinsləri olsun”

Müsahibimiz təəssüflə qeyd edir ki, yeniyetmə oğlanlar arasında cinsi pozulmalar ən çox uşaqlıq vərdişlərindən yaranan marağa görə olur:

“Çalışmalıyıq ki, oğlan uşaqları ailədə ataya daha yaxın olsun, atayla birgə daha çox vaxt keçirtsin. Çalışmaq lazımdır ki, oğlan uşağının çevrəsində öz həmcinsləri olsun. Təsadüfi deyil ki, dünyanın inkişaf etmiş ölkələrində yaxşı nümunələr var. Məsələn, Finlandiyada bağçalarda kişi müəllimləri yəni, tərbiyəçilər var. Amma bizdə bağçada kişi tərbiyəçisi yoxdur. Hətta orta məktəb müəllimləri arasında belə kişilərin azaldığını görürük. 

Kişi müəllimlər, ya əmək haqqının azlığı, ya da digər səbəblərdən bu sahəni seçmirlər. Ancaq uşaqlarımızı, gələcəyimizi düşünürüksə, bu məsələ gündəmə gətirilməlidir.

Çünki hər birimiz ilk müəllimizi çox sevirik, ona oxşamağa çalışırıq. İlk müəllimi qadın olan oğlanlar da təbii ki, ona oxşamağa meyillənir. Bunun da gələcəkdə ciddi fəsadları olur. Ona görə də həm oyuncaq seçərkən, həm də tərbiyə məsələsində çox diqqətli olmalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr