AZ

Umico Bonus loyallıq proqramı yeniləndi.

Bakı. Trend:

Birbank Umico kart sahibləri üçün 19%-ə qədər keşbek bonusları,m10 və Umico Market istifadəçiləri üçün isə yeni imkanlaryarandı.

9 oktyabr 2024-cü ildən etibarən Umico Bonus loyallıq proqramıtamamilə yenilənir və müştərilərə yeni fürsətlər təqdim olunur.Artıq hər alış-veriş Birbank Umico kart sahibləri, m10istifadəçiləri və Umico Market müştəriləri üçün daha çox fürsət vəqazanc deməkdir.

Birbank Umico kart sahibləri üçün individual kateqoriyaseçimi və əlverişli imkanlar:

Birbank Umico kart istifadəçiləri indi Birbank mobil tətbiqindəalış-veriş kateqoriyalarını öz zövqlərinə uyğun seçə və bol-bolkeşbek bonuslarını qazana bilərlər. Bunun üçün Umico bölməsindəözəl hazırlanan tapşırıqları yerinə yetirmək kifayətdir. Belə ki,oktyabr ayında Umico Market-də 50 AZN-dən çox xərcləmək, kartbalansında 1000 AZN-dən çox vəsait saxlamaq, Bravo marketlərşəbəkəsində 20 AZN-dən çox alış-veriş, QR-la ödəniş etmək kimitapşırıqlar müştərilərə daha çox keşbek bonuslarını qazanmaqfürsəti yaradacaq:

  • Umico Market-də alış-verişə görə19%-dək
  • Trendyol alış-verişlərində 14%-dək
  • BakıKart vasitəsilə ictimai nəqliyyatdan istifadə zamanı19%-dək
  • “Bütün alışlar kateqoriyasında 10.5%-dək

Bu, müştərilərin gündəlik xərclərini daha sərfəli edərək,alış-verişlərinin bir hissəsini bonuslar şəklində geri qaytarmağaimkan verir. Toplanan bonuslar Birbank tətbiqində kommunalödənişlər və ya Umico Market və geniş partnyor şəbəkəsindəalış-verişlər üçün istifadə edilə bilər.

Ətraflı məlumat üçün: https://cards.kapitalbank.az/az/BBUM/um/

İndi Umico bonusları m10 tətbiqində:

m10 istifadəçiləri üçün də Umico-dan xüsusi təkliflər var. Beləki, Umico Bonus indi m10 tətbiqi ilə tam olaraq inteqrasiya edilibvə onun rəsmi loyallıq proqramına çevrilib. Bu isə m10istifadəçilərinə bir çox sərfəli şərtlərlə daha çox keşbekbonuslarını qazanmaq fürsəti yaradır.

m10 tətbiqində QR kodu vasitəsilə edilən bütün ödənişləristifadəçilərə bonus şəklində minimum 2% keşbek qazandırır ki, buda tətbiqdən istifadəni daha da sərfəli edir. İstifadəçilərhəmçinin seçilmiş tərəfdaşlarında əlavə bonuslar qazanabilərlər.

  • m10 vasitəsilə mobil rabitə, internet, kommunal və digərxidmətlərin ödənişi 2%-dək bonus qazandırır.
  • Umico bonuslarını qazanmaq üçün m10 istifadəçilərinin kart vəya barkod təqdim etməsinə ehtiyac yoxdur - bonuslar avtomatik vədərhal Umico balansına köçürülür..
  • m10 istifadəçiləriUmico bonuslarını toplayaraq onları10.000-dən çox alış-veriş nöqtəsində xərcləyə, tətbiqdə xidmətlərinhaqqını ödəyə, həmçinin əsas m10 balansına köçürmə edə bilərlər.
  • Kampaniya çərçivəsində müştərilər şəxsi bonuslarını 1 bonus = 1manat ekvivalentində Umico balansından m10 hesabına köçürəbilərlər..

Umico Market bonusları ilə yeni alış-verişfürsətləri:

Umico Market-də xərcləmək və qazanmaq indi daha asandır. Beləki, Umico Market-də alış-veriş edən müştərilər 19%-dək keşbekbonusları qazana və bu bonusları növbəti alış-verişlərdə dəistifadə edə bilərlər. Bu yenilik ilə müştərilər toplanılanbonusları daha sərfəli şəkildə istifadə etmək imkanınıqazanırlar.

Beləliklə, Birbank, m10 və Umico xidmətləri indi vahid bonusbalansı ilə birləşir. Bu isə istifadəçilərə qazandıqları bonuslarıbir yerdə izləmək və rahatlıqla istifadə etmək imkanını verir. Qeydolunan yeniliklər istifadəçilər üçün daha sərfəli şərtlər və genişimkanlar yaradaraq ekosistemin bütün istifadəçiləri üçün dahaəlverişli, əlçatan təcrübə təqdim edir.

Ətraflı məlumat üçün: https://umico.az/live/umico-bonus-il-daha-cox-imk

Seçilən
14
19
az.trend.az

10Mənbələr