“Telegram”da tezliklə hədiyyələr və heşteqlərə aid olan, həmçinin mesajların redaktəsi zamanı yeni imkanlar yaradan 10 yeni funksiya əlavə olunacaq.
Viral.az xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov öz kanalında bildirib.
“Bu yenilənmələrə hədiyyələrdə beş təkmilləşdirmə, heşteqlərdə üç yenilik, mesaj göndərildikdən sonra ona multimedia materialları əlavə etmək imkanı və mesajın redaktə vaxtını görmək imkanı daxildir”, – o, öz bloqunda yazıb.
Son Yazılar:
- “Telegram”da 10 yeni funksiyanın işə SALINACAQ
- Rusiya ordusunda döyüşən Lənkəran sakini həlak OLDU
- İlham Əliyev Hadrutla bağlı paylaşım ETDİ
Durov həmçinin öz komandasının operativliyini qeyd edib ki, onlar bir gün ərzində onun təklif etdiyi yenilənmələrin maketlərini hazırlaya biliblər.
“Təəccüblü deyil ki, “Telegram” komandası bu gün əksər mesajlaşma tətbiqlərinin necə işlədiyini formalaşdırıb və demək olar ki, kommunikasiya sahəsindəki bütün innovasiyalara öz töhfəsini verib”, – o vurğulayıb.