AZ

Türkiyədə Discorda giriş bloklanıb

Bakı, TurkicWorld

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, Discord mesajlaşma və sosial media tətbiqinə girişin bloklanmasına qərar verildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Tunç bu barədə öz sosial media hesabında pylaşım edib. Bəyanatda, 5651 saylı “İnternetdə edilən nəşrlərin və internetdə yayımlanan nəşrlərin tənzimlənməsi haqqında” Qanunun 8/1-ci maddəsindəki “uşaqlara qarşı cinsi istismar” cinayətlərinə dair kifayət qədər dəlilin olduğu vurğulanıb.

Ankara Baş Prokurorluğunun tələbi ilə tədbir görüldüyünü qeyd edən Tunç, Ankara 1-ci Sülh Cəza Məhkəməsinin bu sosial media tətbiqinin bütün məzmunlarının çıxarılmasına və göstərilən URL ünvanlarına Türkiyədən girişin bloklanmasına qərar verdiyini bildirib.

Tunç , gəncləri və uşaqları sosial media və internetin zərərli cinayət məzmunlarından qorumaq məqsədində olduqlarını vurğulayaraq, geniş yayılan cinayət məzmunlarına diqqət çəkib.

Nazir, həmçinin bəzi sosial şəbəkə provayderləri və internet saytlarında cinayət məzmunu ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə araşdırmalarına başlanıldığını bildirib.

Belə ki, “5651 saylı ‘İnternetdə dərc olunan nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə haqqında’ qanuna uyğun olaraq, bu məzmunu dərc etməyən və məhkəmə qərarlarını icra etməyən sosial şəbəkə provayderləri və internet səhifələri cərimələr, reklam qadağaları, məhdudlaşdırılma və girişin bloklanması sanksiyalarına məruz qalacaqlar.

Seçilən
23
turkic.world

1Mənbələr