AZ

Sui-qəsd nəticəsində öldürülən ABŞ senatoru Kennedinin arvadı xəstəxanaya yerləşdirilib

Sui-qəsd nəticəsində öldürülən ABŞ senatoru Robert Frensis Kennedinin dul arvadı Ethel Kennedi insult keçirərək xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, oktyabrın 9-da NBC News məlumat yayıb.

 96 yaşlı qadın bir qədər əvvəl yatarkən insult keçirmişdi. Hazırda xəstəxanada müalicəsi davam edir. Bu barədə bir gün əvvəl onun nəvəsi, Nümayəndələr Palatasının keçmiş üzvü III Co Kennedi deyib.

"O, rahatdır, mümkün olan ən yaxşı qayğını görür və ailəsinin əhatəsindədir", - deyib.

Ethel Kennedi ABŞ-ın ən məşhur siyasi ailələrindən birinin ən yaşlı üzvüdür. O, keçmiş prezident Con Kennedinin gəlini və prezidentlik kampaniyasını respublikaçı namizəd Donald Trampın xeyrinə başa vuran kiçik Robert Kennedinin anasıdır.

QAZİLER.AZ

Seçilən
15
qaziler.az

1Mənbələr