AZ

Məsud Özil “Qarabağ”ın qonağı olacaq

Məşhur futbolçu Məsud Özil “Qarabağ” klubunun qonağı olacaq.

Axar.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin “Feysbuk” hesabında paylaşım edilib.

“Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək. Bu maraqlı şounu qaçırmayın! Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir. Giriş sərbəstdir! Bütün futbolsevərləri stadionumuza dəvət edirik”, - məlumatda bildirilib.

Qeyd edək ki, şou 11 oktyabr, saat 16:30-da “Azersun Arena” stadionunda baş tutacaq.

Seçilən
22
2
axar.az

3Mənbələr