AZ

Conni Evans: “MY üçün oynamaq əvvəlki kimi böyük şərəfdir”

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Conni Evans “qırmızı şeytanlar”ın heyətində oynadığı müddət haqda söhbət açıb.

Arena.az şimali irlandiyalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Bu klubda oynamaqdan şərəf duyuram. Mən hər oyundan zövq alıram. Bəli, “Mançester Yunayted”də oynamaqla bağlı hər zaman təzyiq var, amma yenə də əvvəlki kimi eyni futbolu oynadığımı hiss edirəm”.

Evans İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində “Aston Villa”ya qarşı keçirdikləri səfər oyununu (0:0) da şərh edib:

“Çox yaxşı komanda ilə səfər oyununda 1 xal qazandıq. Bundan bir neçə gün əvvəl “Portu”dan üç qol buraxmışdıq, “Aston Villa”ya qarşı oyunda isə diqqətimizi müdafiə fəaliyyətinə yönəltmişdik ki, fürsətimiz olsun. Keyfiyyətli məqam axtardıq, əks-hücumlardan istifadə etdik və demək olar ki, fürsət tapdıq. “Aston Villa”nın yaxşı oyunçuları var, bu komandaya qarşı oynamaq çətindir”.

Conni Evans “Mançester Yunayted” futbol akademiyasının yetirməsidir. O, karyerasının 2006-2015-ci illəri dönəmində “qırmızı şeytanlar”ın futbolçusu olaraq, icarə əsasında “Antverpen” və “Sanderlend”də çıxış edib. Sonra isə Conni “Vest Bromviç”ə tamhüquqlu əsasda transfer edilib, buradan isə 2018-ci ildə “Lester Siti”yə keçib. 2023-cü ilin iyulunda isə Evans “Lester Siti”dən azad agent qismində doğma klubu “Mançester Yunayted”ə qayıdıb. Evansın klubla müqaviləsi cari mövsümün sonuna qədərdir.

Evans cari mövsümdə “Mançester Yunayted”in heyətində 6 oyun keçirib. Ümumilikdə isə Evansın “Mançester Yunayted”in heyətində çıxışının rəqəmlərin ifadəsində təsviri belədir: 234 oyun, 7 qol, 7 məhsuldar ötürmə.

Evans 2006-cı ilin sentyabrında debüt etdiyi Şimali İrlandiya yığmasının heyətində 107 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötrmə verib.

“Transfermarkt” internet-portalı 36 yaşlı veteran Evansı 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
27
arena.az

1Mənbələr