Bakı, 9 oktyabr, AZƏRTAC
Sabah" basketbol komandası FIBA Avropa Kubokunda bu gün ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, son ölkə çempionu G qrupunda Belçikanın "Spiru" kollektivi ilə üz-üzə gələcək. "Dome Şarlerua" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda qrupun digər görüşlərində Yunanıstanın “Marussi” və İsveçin "Norrçepinq Dolfins" klubları ilə üz-üzə gələcək.