AZ

"ChatGPT" elektrik avtomobilləri haqqında məlumat verəcək

Amerika taksi xidməti olan "Uber" şirkəti "ChatGPT"dən elektrikli avtomobillərə texniki qulluq təlimi üçün istifadə edəcək.

Bakıvaxtı.az "BBC"ə istinadən xəbər verir ki, bununla bağlı Londonda keçirilən "Go Get Zero" davamlılıq konfransında şirkətin rəhbərləri açıqlama veriblər.

Açıqlamaya görə, "EV Mentor" tətbiqi sürücülərin avtomobillərinin bort kompüterlərində görünəcək. Sürücülər "ChatGPT"dan istifadə etməklə, elektrikli avtomobilə sahib olmağın faydaları barədə maariflənəcək və texniki xidmətlə bağlı məsləhətlər alacaqlar.

Xidmət həmçinin avtomobil sahiblərinə elektrik avtomobilindən istifadə ilə bağlı təlim materialları təklif edəcək. "EV Mentor" proqramı beta sınaq mərhələsindədir. 

Şirkət bir neçə ay ərzində xidməti istifadəyə vermək niyyətindədir.

Gülşən Şərif

Seçilən
33
bakivaxti.az

1Mənbələr