AZ

"USTA MƏNƏM!" müsabiqəsinin seçim turu başa çatdı (FOTO)

Bakı. Trend:

Holcim şirkəti tərəfindən təşkil olunan "USTA MƏNƏM!"müsabiqəsinin son seçim turu uğurla başa çatdı. Bu müsabiqə iyunayında Xırdalanda, "Binastore" ərazisində başlayaraq ölkənin bütünbölgələrini əhatə edib və bu gün son seçim turu yenə Xırdalandayekunlaşdı. Bu dörd ay ərzində təşkilatçılar ölkə üzrə seçimturları keçirib, bir çox maraqlı şəxslərlə tanış olub, yerliustaların peşəkarlığını qiymətləndiriblər.

Əvvəlki turnirlərdə olduğu kimi, bu günün iştirakçıları dakərpicdən divarların inşası ilə bağlı tapşırıqları yerinəyetirərək, yüksək bacarıq səviyyəsini nümayiş etdirdilər.Tapşırıqlar, sürət, peşəkarlıq, diqqət və dəqiqlik kimi meyarlaragörə qiymətləndirilib.

Regional mərhələlərdə seçilən 28 usta böyük finalda “İlin ənYaxşı Ustası” tituluna sahib olmaq üçün gərgin mübarizə aparacaq.Qalib, Pick-up avtomobili qazanacaq.

“USTA MƏNƏM!” müsabiqəsi Holcim Azərbaycan və Azad İqtisadiZonaların İnkişafı Agentliyi yanında Peşə Təhsil Mərkəzi ilətərəfdaşlıq çərçivəsində təşkil olunur.

Bu, o qədər maraqlı bir layihə idi ki, biz, təşkilatçılar,bu dörd ayın necə keçdiyini hiss etmədik. Biz bütün ölkə üzrəsəyahət etdik, ustaların peşəkar işlərini gördük və belətəşəbbüslərin dəstəklənməsinin vacib olduğunu təsdiqlədik”,–layihənin rəhbəri Dəyanət Baxşəliyev deyib.

İndi bütün ölkə Bakıda keçiriləcək böyük finalı səbirsizlikləgözləyir, burada ilin ən yaxşı ustasının adı məlum olacaq. Finalıntarixi və yeri ilə bağlı xəbərləri izləyin və bu möhtəşəm hadisəyəqoşulun!

Seçilən
9
7
az.trend.az

8Mənbələr