AZ

Orbanın çıxışı zamanı “hücum”: Putinə satdın - Video

Macarıstanlı müxalifət fəalı Marton Nyekitsi Avropa Parlamentində Budapeştin altı aylıq sədrliyi ilə bağlı planlarını açıqlayan Viktor Orbanın mətbuat konfransını pozmağa cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, Orban Avropa Parlamentində immiqrasiyaya qarşı danışarkən, o, Macarıstanın Baş nazirinin oturduğu kürsüyə qaçaraq onun tərəfinə əsginas kimi görünən bir torba atıb.

Nyekitsi bunu “Ölkəni neçəyə satmısınız, cənab baş nazir? Ölkəni Putinə satdınız, Szinpinə satdınız!” deyə qışqırıb.

Bundan sonra o, Avropa Parlamentinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və zaldan çıxarılıb.

Orbanın hadisədən sonra Macarıstanın siyasi mədəniyyəti ilə bağlı bir neçə kəlmə izahat verib:

“Bir macar siyasətçi başqasına “əclaf” deyirsə, bizim mədəniyyətimizdə bu, sadəcə olaraq, “mən sizinlə razılaşmıram” deməkdir”.

Seçilən
11
2
axar.az

3Mənbələr