AZ

Türkiyədə “Discord” messenceri bloklandı

Türkiyədə məhkəmə Baş Prokurorluğun tələbi ilə "Discord” messencerinin bloklanmasına qərar verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ədliyyə naziri Yılmaz Tunç öz Tvitter səhifəsində məlumat verib.

O, bloklamanın rəsmi səbəbini xidmətin İnternetdə nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə haqqında qanunu pozması ilə bağlı "kifayət qədər şübhələr” adlandırıb. "Biz gələcəyimizin təməli olan gənclərimizi və uşaqlarımızı sosial şəbəkələrdə və internetdə zərərli, cinayət xarakterli nəşrlərdən qorumaq əzmindəyik. Biz heç vaxt sosial quruluşumuzun əsaslarını sarsıtmaq cəhdlərinə imkan verməyəcəyik”, - nazir əlavə edib.

Bir gün əvvəl, oktyabrın 8-də məlum olub ki, "Discord” qanunu pozduğu üçün Roskomnadzorun tələbi ilə Rusiyada da bloklanıb. Departamentin fikrincə, messencerin Rusiya qanunlarına əməl etməməsi ondan "terrorçu və ekstremist məqsədlər üçün” istifadə etmək imkanını açıb.

Nizami Bağırov
Seçilən
13
qaynarinfo.az

1Mənbələr