AZ

Overçuk: Ermənistan üçtərəfli bəyanatdan imzasını geri götürməyib

Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Birinci Kanalına müsahibəsində  Rusiya Federasiyası Baş nazirinin müavini, üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçuk deyib: “Ermənistan rəsmi olaraq üçtərəfli bəyanatdan geri çəkilməyib və imzasını da geri götürməyib. Amma iki ildir  baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun fəaliyyətində irəlləyiş yoxdur”.

Qeyd edək ki, 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə regional kommunikasiyaların açılmasına  dair razılıq əldə olunub. Üç ölkənin baş nazirinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb ki, bu qrup regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması ilə məşğul olmalıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr