"Barselona"nın sabiq futbolçusu Ronaldinyo keçmiş komanda yoldaşı Andres İnyestanın karyerasını bitirməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, braziliyalı sabiq top sehrbazı sosial şəbəkə hesabında paylaşım edib:
“Sənin bacarığın, meydandakı zərifliyin üçün darıxacağam. Səninlə oynamaq çox xoş idi! Ümid edirəm ki, tezliklə görüşəyik, qardaş”.
İspaniyalı futbol əfsanəsi 40 yaşında futboldan gedib. İnyesta Ronaldinyo ilə 2003-2008-ci illər arasında "Barselona"da birlikdə oynayıb. O, Ronaldinyodan ayrıldıqdan cəmi on il sonra "Barselona"nı tərk edib. Kataloniya klubu ilə ayrıldıqdan sonra keçmiş yarımmüdafiəçi "Vissel Kobe" və "Emirates"də çıxış edib.
Mirağa