AZ

“Telegram”a 10 yeni funksiya əlavə olunacaq


“Telegram”ın təsisçisi Pavel Durov messencerdə yeni funksiyaların əlavə olunacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, iş adamı bu yeniliklərlə bağlı öz “Telegram” kanalında məlumat dərc edib.
Onun sözlərinə görə, tezliklə messencerdə hədiyyələr və heşteqlər də daxil olmaqla 10 yeni funksiya olacaq. Belə ki, hədiyyələrlə bağlı 5, heşteqlərlə bağlı 3 yeni funksiya tətbiq ediləcək.
Durovun sözlərinə görə, bundan başqa mesajların redaktə edilməsi üçün də 2 yeni funksiya əlavə olunacaq. Beləliklə, mesajın redaktə edildiyi vaxtlara baxmaq və göndərildikdən sonra mesaja yeni multimedia materialları əlavə etmək mümkün olacaq.
İş adamı eyni zamanda bildirib ki, hədiyyə alan istifadəçi onu öz profilinə yapışdıra, ya da sataraq messencerin daxili valyutası olan “ulduzlar” əldə edə bilər.
Seçilən
9
yeniavaz.com

1Mənbələr