Ukrayna prezidenti Volodimir Zelenski bu gün Xorvatiyaya səfər edəcək.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, siyasətçi Dubrovnikdə keçiriləcək "Ukrayna - Cənub-Şərqi Avropa" sammitində iştirak edəcək.
Bildirilir ki, tədbiri Zelenski Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə birgə təşkil edib.
Qeyd olunub ki, sammitin əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət olacaq.
Daşqın HəsənovMissiya.Az