AZ

Türkiyə “Discord”a girişi BAĞLADI - RƏSMİ

Türkiyə hökuməti “Discord” messencerinə girişi əngəlləmək qərarına gəlib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ədliyyə naziri Yılmaz Tunç açıqlayıb. O qeyd edib ki, Ankara məhkəməsi platformada “uşaqların cinsi istismarı və ədəbsizliyi” ilə bağlı şübhələrə görə “Discord”a girişi məhdudlaşdırmaq qərarına gəlib.

 

Bu ayın əvvəlində 19 yaşlı gənc tərəfindən iki qadının öldürülməsindən sonra Türkiyədə hadisəni törədən şəxs böyük ictimai qınağa məruz qalıb. Hadisədən sonra “Discord”da bəzi icmaların istifadəçilərinin qətlə haqq qazandırdıqları məlum olub.

 

“Biz gənclərimizi və uşaqlarımızı sosial şəbəkələrdə və internetdə zərərli məlumatlardan qorumaq əzmindəyik. Heç vaxt sosial quruluşumuzun əsaslarını sarsıtmaq cəhdlərinə imkan verməyəcəyik”, - deyən Tunç qanuna uyğun fəaliyyət göstərən bütün sosial şəbəkələrə şərait yaradılacağını bildirib.

 

Xatırladaq ki, oktyabrın 8-də “Discord” Rusiyada da bloklanıb. Rusiya hökuməti platformada yerləşdirilən qeyri-qanuni məlumatlara girişin məhdudlaşdırılması tələbinə əməl edilməməsini əsas gətirərək bu addımı atıb.

 

2024-cü ildə “Discord” Rusiyada qadağan olunmuş məzmunun silinməsi tələblərinə əməl etmədiyinə görə iki dəfə cərimələnib.

 

Vasif

 

Seçilən
25
sfera.az

1Mənbələr