AZ

Məsut Özil "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir

Image

Futbol üzrə Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Məsut Özil Azərbaycana gələcək. Bu barədə “Qarabağ”ın rəsmi saytı məlumat yayıb. Ağdam klubunun dəvəti ilə Bakıya səfər edəcək ulduz futbolçu Azərbaycan çempionunun qonağı olacaq.

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçi “Qarabağ”ın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

Mətləb Salahov





Seçilən
10
19
baki-xeber.com

10Mənbələr