AZ

Google-nin başı dərddədir

ABŞ Ədliyyə Nazirliyi Google-nin parçalanması, yəni bölünməsi ehtimalını nəzərdən keçirir. Bu barədə “The Verge” məlumat yayıb.

Hökumət hüquqşünasları artıq Google-nin pozuntularını aradan qaldırmaq və bazarda rəqabəti bərpa etmək üçün tədbirlər təklif ediblər. Dərc edilmiş sənəd həm davranış, həm də struktur hüquqi tədbirlərini araşdırır. Təklif edilən tədbirlər arasında şirkətin davranışına nəzarət etmək üçün nizamlamadan istifadə etmək və Google-nin Chrome, Android və ya Google Play kimi biznesin bəzi hissələrini satmağa məcbur etmək daxildir.

Google şirkətindən isə cavab verilib ki, təklif olunan tədbirlər məhkəmənin qərarının hüdudlarından kənara çıxır, Chrome və Android-in işini poza bilər. Onların fikrincə, bir milyard istifadəçi bu pulsuz məhsullar sayəsində onlayn olur və yalnız az sayda şirkət onları eyni səviyyədə dəstəkləyə bilər.

Tural

Seçilən
9
50
news365.az

10Mənbələr