ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti məsələləri üzrə baş müşaviri Con Podesta Azərbaycana səfərə gəlib. Səfərin məqsədi Bakıda COP29 iqlim konfransından əvvəl keçiriləcək görüşlərdə iştirak etmək və bu sahədə ABŞ-Azərbaycan əməkdaşlığını gücləndirməkdir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin açıqlamasında deyilir.
Öz növbəsində, Böyük Britaniya Səfirliyi bildirib ki, Böyük Britaniyanın iqlim naziri Kerri Makkarti "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə iştirak etmək üçün Bakıya gəlib.