AZ

Məlum foto keşişi əsəbləşdirdi:"Nikol tariximizi Bakıda və başqa paytaxtlarda yazır"

MDB-nin Baş katibi Sergey Lebedev nə qədər inamla qeyd etsədə ki, MDB-nin məhdud formatlı görüşündə Ermənistan və Azərbaycan liderləri arasında Cənubi Qafqazda münaqişənin tezliklə nizamlanması məsələlərinə dair məzmunlu söhbət olub, erməniləri inandıra bilmir.
Yəqin ki, bu inamsızlığı da Lebedev əvəldən duyduğu üçün dübarə bildirir ki, anlayırsınız, bütün bu işlər çətindir. Amma görüşdə hər kəs sülh prosesinin yaxın gələcəkdə başa çatacağına ümid etdiyini bildirdi.


Bəlkə də ermənilər Lebedevə inanmaqda haqlıdırlar. Çünki Lebedev bu fikirləri söylədiyi anda rus mediyasının manşetləri başqa bir görüntü tirajlayırdı. Ötən gün Moskvada keçirilən MDB Dövlət Başçıları Sammindən Ermənistan Baş naziri Nikol Paşinyanın yayılan fotoları erməni mediasında isterika ilə qarşılanıb. Bəli, dünən Moskvada keçirilən MDB Dövlət Başçıları Sammindən Ermənistan Baş naziri Nikol Paşinyanın yayılan fotoları erməni ictimaiyyətində , mediasında, sosial şəbəkə seqmentində ikrahla qarşılanıb.
Uzun müddətdir, Ermənistan Baş nazirinə qarşı üsyana başçılıq edən keşiş Baqrat Qalstanyan bu fürsətdən istifadə edərək Paşinyanı növbəti dəfə hədəf alıb.

Kremldən idarə olunan revanşist və irqçi xislətli erməni dindar bildirib ki, təəssüflər olsun ki, bugünkü hakimiyyətin “sağlığında” xalqımızın tarixi Bakıda yazılır:” Bu gün millətimizin, dövlətimizin tarixi yazılır. Təəssüf ki, bu hakimiyyət tariximizi Bakıda və başqa paytaxtlarda yazır. Mübarizəmizin əsas mesajı belədir:Tariximiz Ermənistanın paytaxtı İrəvanda yazılmalıdır!Mən bu günümüzə gələcəkdən baxıram, buna görə də, bizim mübarizəmiz müqəddəsdir, gücümüz və bacarığımız bundan ibarətdir”.

Xatırladaq ki, 1984-cü il təvəllüdlü Kristina Kolminitsina Rusiya Dövlət Sosial Universitetində jurnalist, sonra isə Moskva Dövlət Universitetində fotojurnalist ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Rusiyanın ən yaxşı fotoqrafı seçilib. O, həmçinin Qarabağ münaqişəsi haqda çəkdiyi filmlə tanınır.(axar.az)

Qeyd edək ki, keçmiş prezidentlər Robert Köçaryan və Serj Sarkisyanın sifarişlərini yerinə yetirən Baqrat Qalstanyanın mitinqlərin payız mərhələsinin başlanması hələ oktyabrın əvvəlində elan etmişdi.

Əntiqə Rəşid

Seçilən
4
adalet.az

1Mənbələr