AZ

Vergi ödəyicilərinə 462.851 sayda Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 479.807 şəxs qəbul edilib və onlara 729.305 sayda xidmət göstərilib ki, bunlardan 271,7 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 141,7 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtib edilməsinə və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Ümumi xidmətlərin 89,1%-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Asan İmza sertifikatlarının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 26,5 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 10,8 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Hesabat dövründə 3.452 vergi ödəyicisinin iştirakı ilə 227 görüş keçirilib, 4.001 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 682 mindən çox SMS göndərilib.

2024-cü ilin 9 ayı ərzində ümumilikdə 286.973 müraciət üzrə 462.851 Asan İmza sertifikatı verilib.

Seçilən
50
4
vergiler.az

10Mənbələr